Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Slovakiyanın baş naziri Ukraynanın "Türk axını"na hücumuna münasibət bildirib
"Türklər Ukraynanın "Türk axını" infrastrukturuna hücumunu son dərəcə mənfi qarşılayıblar".
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso deyib.
"Bu barədə mətbuatda az danışılır, amma fakt budur ki, Ukrayna ordusu Rusiya ərazisində "Türk axını" boru kəmərinin başlanğıcını təşkil edən infrastruktura hücum edib", - deyə Slovakiyanın baş naziri vurğulayıb.
Qeyd edək ki, Qara dənizdən keçən və Rusiyadan Türkiyəyə qaz tədarük edən "Türk axını" kəmərinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir. Kəmər Türkiyə ilə yanaşı, Cənubi və Cənub-Şərqi Avropa ölkələrini qazla təmin edir. Boru kəməri hazırda Rusiya qazının Avropaya tədarükü üçün son aktiv marşrutdur. Bir neçə gün əvvəl Ukrayna ordusu PUA-larla "Türk axını" boru kəməri ilə qazın nəql olunduğu kompressor stansiyaya hücum edib. Nəticədə PUA-lardan biri kompressor stansiyasına düşüb və infrastruktura ziyan dəyib.
"Slovakiya" teqi üzrə xəbərlər
- Slovakiya Aİ sammitinin Ukrayna ilə bağlı qərarını bloklaya bilər
- Slovakiyada hərbi obyektdə PARTLAYIŞ: Fövqəladə vəziyyət elan edildi
- Makronun qərarı Avropanın üç dövlətini hiddətləndirib
- Parisdə keçiriləcək sammitdə Ukraynaya qoşun göndərilməsi məsələsi müzakirə ediləcək
- Rusiya qazının "Türk axını" boru kəməri ilə Slovakiyaya tədarükü bərpa edildi