Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mingəçevirdə 165 minlik dələduzluq edən şəxs həbs edildi
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 58 yaşlı Rasim Həsənov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat yayıb.
Bildirilib ki, o, zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri-yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verərək həmin şəxslərin 165 min manat pulunu dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
R.Həsənovun digər analoji cinayətlərdə də iştirakı istisna olunmur. Həmin şəxsin qanunsuz əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Ədliyyə Nazirliyinin sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edildi
- "ASAN xidmət"də 10 mini götürüb qaçmışdı - 5 ay sonra tapıldı
- Ucuz bilet satmaq adı ilə yarım milyon manatlıq dələduzluq edən şəxsə hökm oxunub
- Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib
- Keçmiş hakim 214 min manatlıq ziyanı ödəmədən AZADLIĞA BURAXILIB - ÖZƏL