Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
SOCAR "Tamar" layihəsində iştirak payı alıb
SOCAR öz inkişaf strategiyasına uyğun olaraq, xarici ölkələrdə hasilat bazasının genişləndirilməsi strategiyasını davam etdirir.
Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, bu çərçivədə 31 yanvar 2025-ci il tarixində SOCAR "Union Energy" şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan "Tamar" layihəsində effektiv olaraq 10 faiz payın alınması üzrə müqavilə imzalayıb.
Müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.
Bununla da SOCAR Aralıq dənizi hövzəsində apstrim sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır.
SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır
- AİŞ 2020-2024: İqtisadi irəliləyişlər və yaşıl üfüqlər
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Patrik Puyanne ilə görüşüb
- Bakının və Ağdaşın bir hissəsinin qazla təchizatı dayandırılıb
- Azərbaycanla BP arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb