Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şolts Kiyevə gətirdiyi çamadanın sirrini açdı
Almaniya Kansleri Olaf Şoltsun Kiyevə səfəri təkcə siyasi əhəmiyyətinə görə deyil, həm də alman hökumət başçısının Ukrayna paytaxtına gətirdiyi "Rimowa" markalı gümüşü çamadana görə diqqət çəkib.
Oxu.Az-ın NTV telekanalına istinadla verdiyi məlumata görə, sosial şəbəkə istifadəçiləri və jurnalistlər bu çamadanın içindəkiləri təxmin etməyə başlayıblar, nəticədə çoxlu zarafatlar, fərziyyələr ortaya çıxıb.
Bəziləri Şoltsun özü ilə yola termosda qəhvə və sendviçlər götürdüyünü düşünüblər. Digərləri isə çamadanda kansler tərəfindən əvvəlcədən elan edilmiş 650 milyon avro dəyərində Ukraynaya vəd edilmiş silahların olduğunu zarafatla qeyd ediblər. Şoltsun sevimli qara portfelini çamadana qoyaraq ondan ayrılmadığı barədə fərziyyələr də olub.
"Bəlkə kanslerin çamadanı boşdur və Kiyevdən nəsə götürmək üçündür?" - deyə bir istifadəçi deyib.
Sirli çamadan ətrafında intriqalar Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə mətbuat konfransına qədər davam edib. Jurnalistlərdən biri kanslerə birbaşa onun baqajının məzmunu barədə sual verib.
"Nə qədər ətraflı bilmək istəyirsiniz?" - deyə Şolts təbəssümlə soruşub. Sonra bildirib ki, çamadanda əsasən səfər zamanı lazım olan səyahət ləvazimatları, alt paltarları və digər əşyalar olub.