Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Dəməşq qubernatoru Maher Edlibi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) iştirak edəcək Suriya Ərəb Respublikası nümayəndə heyətinin Azərbaycana səfərindən əvvəl baş tutub.
Qaynar xətt:
(055) 224 12 12