Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək.
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.
Komitə sədri bildirib ki, səfər sentyabrın 18-də baş tutacaq.
Kamil HƏMZƏOĞLU
www.oxu.az