Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişiklik edilib
"Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara bir sıra dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov deyib.
"Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı" təsdiq edilib. Təklif olunan bu dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2026, 2026-2027, 2027-2028-ci tədris illəri üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Qüvvədə olan qanunvericiliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil", - deyə komitə sədri əlavə edib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb - Rəsmi CAVAB
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Deputat: "Aİ-nin "müşahidə missiyası"nın təxribatları heç bir nəticə verə bilməz"
- Bəzi şəxslərin peşə məktəblərindəki təhsil haqqlarını dövlət ödəyəcək
- Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi qaldırılır