Azərbaycan prezidenti İlham Əliyev tanınmış dirijor və bəstəkar, xalq artisti Tofiq Qəzənfər oğlu Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi T. Əhmədovun 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Tofiq Əhmədov uzun illər ərzində estrada orkestrinin bədii rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət göstərmiş, ölkənin müasir musiqi mədəniyyəti xəzinəsinə layiqli töhfələr vermişdir.