Özünü Səidə Sultanın keçmiş qonşusu kimi təqdim edən Aysun Məmmədova adlı şəxsdən Oxu.Az-a məlumat daxil olub.
Həmin məlumatda yazılır:
“Müğənnilər Səidə Sultan və Həmid Sultan bacı-qardaşdırlar. Onların arasında uzun illərdir soyuqluq var. Hətta düşmən mövqeyindədirlər. Ona görə də bu haqda mətbuata heç vaxt məlumat verməyiblər. Mən onların keçmiş qonşusuyam. Xahiş edirəm, bu məsələni araşdırın”.
Sözügedən yazı ilə bağlı Həmid Sultanla əlaqə saxladıq:
“Bu gün səhər açılandan telefon zəngləri dayanmır. Bir çox saytların əməkdaşları mənimlə əlaqə saxlayaraq bu barədə sual verirlər. Bu, yanlış informasiyadır. Mənim o müğənni ilə heç bir qohumluq əlaqəm yoxdur. İki gündən sonra isə mətbuat konfransı keçirib, son zamanlar mətbuatda mənimlə bağlı yazılan qalmaqallı yazılara aydınlıq gətirəcəyəm”.
Aytən Sadıqzadə
www.oxu.az