Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tokayev: "Qazaxıstan Azərbaycan Prezidentinin Xəzər dənizi ilə bağlı təşəbbüsünü alqışlayır"
"Qazaxıstan Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər dənizi ilə bağlı təşəbbüsünü alqışlayır".
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 Liderlər Sammitində milli bəyanatında deyib.
"Dünyanın ən böyük gölü təhlükədədir. Bu, narahatlıq doğurur və uzunmüddətli beynəlxalq birgə fəaliyyət tələb edir. Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər üzrə təşəbbüsünü, problemin öyrənilməsi və həlli yollarının tapılması üçün Xəzər ölkələri alimlərindən və ekspertlərindən ibarət qrupun yaradılmasını alqışlayır və dəstəkləyirik", - deyə Qazaxıstanın dövlət başçısı bildirib.
O, həmçinin əlavə edib ki, Qazaxıstan Aral dənizinin xilas edilməsi üçün səylərini əsirgəməyəcək.
Qazaxıstan Prezidentinin sözlərinə görə, təbii fəlakətlər geniş daşqınlar şəklində onun ölkəsindən də yan keçməyib. Gələcəkdə belə hadisələrin qarşısının alınması üçün Qazaxıstan çoxsəviyyəli reaksiya və xilasetmə sistemi təqdim edəcək.
"COP29" teqi üzrə xəbərlər
- Muxtar Babayev: "COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur"
- Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər
- Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun sessiyasında iştirak edib
- Sülh və sabitlik hədəfləyən ortaq maraqlar: Azərbaycan və BƏƏ əməkdaşlığı uğurla inkişaf etdirilir
- Hakan Fidan: "Əməkdaşlığımızı fərqli regionlarda üçlü və dördlü formatlarda davam etdirəcəyik"