Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident İlham Əliyev Küveyt Dövlətinin vəliəhdi ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaq Prezident İlham Əliyevə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu çıxışına görə minnətdarlığını bildirib.
O, dövlətimizin başçısının Azərbaycanla Küveyt arasında əməkdaşlığın inkişafına daim öz dəstəyini verdiyini vurğulayıb.
Söhbət zamanı birgə iqtisadi komissiyanın fəaliyyətinin canlandırılması qeyd olunub, turizm sahəsində əməkdaşlığa toxunulub, Küveytdən olan turistlərin Azərbaycana səfərlərindən məmnun qaldıqları vurğulanıb.
Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Prezident İlham Əliyevdən Sabir İlyasovla bağlı SƏRƏNCAM
- Azərbaycan "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulur
- Prezidentdən "Azərbaycan Dəmir Yolları" QSC ilə bağlı FƏRMAN
- Xocalıda memorial kompleks yaradılır - 18.3 milyon manat ayrıldı