ABŞ Prezidenti Donald Tramp İsrail parlamentində (Knesset) çıxış edərkən yenidən Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasından bəhs edib.
Oxu.Az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Tramp ABŞ-nin əməkdaşlıq, dostluq və ticarət əlaqələrinə əsaslanan gələcək və irs qurmağa çalışacağını vurğulayıb.
"Təl-Əvivdən Dubaya, Hayfadan Beyruta, Qüdsdən Dəməşqə və Ermənistandan Azərbaycana - daha bir müharibəni dayandırdım", - deyə Tramp bildirib.
Tramp Azərbaycan və Ermənistan arasında sülhdən danışıb