Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tramp: "Sabah İstanbula getməyə hazıram"
ABŞ Prezidenti Donald Tramp sabah İstanbula getməyə hazır olduğunu bəyan edib.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
"Əgər lazım olsa, Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün mayın 16-da İstanbula getməyə hazıram", - deyə D.Tramp vurğulayıb.
Birləşmiş Ştatlar prezidenti bildirib ki, hazırda Vaşinqtonun istər Moskva, istərsə də Kiyevlə münasibətləri yaxşıdır.
"Diqqət edin: hər həftə orta hesabla 5 min əsgər həyatını itirir. Gəlin, bu münaqişəyə son qoymaq haqqında düşünək. Hazırda bizim adamlarımız İstanbulda danışıqlar aparırlar", - deyə D.Tramp əlavə edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
Ən çox oxunanlar