Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı üçtərəfli danışıqların keçiriləcəyini elan etdi
Gələn həftə Səudiyyə Ərəbistanında Ukrayna münaqişəsinin həlli ilə bağlı görüşlər keçiriləcək.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə danışıqlardan əvvəl bildirib.
"Sabah Münhendə görüş olacaq, gələn həftə isə Səudiyyə Ərəbistanında görüş keçiriləcək".
O, görüşdə özünün və ya Rusiya Prezidenti Vladimir Putinin olmayacağını deyib, ancaq yüksək vəzifəli şəxslərin qatılacağını vurğulayıb.
"Ukrayna da bu görüşdə iştirak edəcək", - deyə ABŞ dövlətinin başçısı əlavə edib.
O, ABŞ-nin Ukrayna münaqişəsinə son qoymaq istədiyini təsdiqləyib.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Oleksandr Merejko: "Ukrayna üçün döyüş meydanında vəziyyət pis deyil"
- Tramp: "Həftəsonu Ukrayna nizamlanmasında böyük irəliləyiş əldə edilib"
- Tramp Putinlə münasibətlərin kəskinləşməsi barədə fikirlərə aydınlıq gətirdi
- Finlandiya prezidentindən Ukraynada atəşkəslə bağlı təklif
- Dünya nizamının dəyişməsinə təsir edən gizli razılaşmalar