Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türk dünyası ali məhkəmə sədrlərinin və ədliyyə nazirlərinin görüşü keçiriləcək - YENİLƏNİB + FOTO
“Türk dünyası ali məhkəmə sədrlərinin toplantısı tez bir zamanda baş tutacaq. İnanıram ki, Türk Dövlətləri Təşkilatının ədliyyə nazirlərinin görüşü də tezliklə gerçəkləşəcək”.
“Report”un xəbərinə görə, bunu Ankarada TDT-yə üzv dövlətlərin Türk Dünyası Notariat Birliyinin yaradıldığı tədbirdə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov deyib.
Nazir deyib ki, türk dövlətləri ilə bütün sahələrdə əməkdaşlığı artırmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir:
“Çox məmnunuq ki, türk dövlətləri ilə hüquqi sahədə də əməkdaşlığımızı genişləndiririk. Türk dövlətləri ilə ədliyyə sahəsində, xüsusilə elektron xidmətlərin göstərilməsi, notariat, hüquqşünasların tədrisi və sair sahələrdə səmərəli əməkdaşlıq edirik”.
F.Məmmədov TDT çərçivəsində 20-dən çox yüksək səviyyəli, geniş çeşidli toplantıların keçirildiyini deyib.
Bu çərçivədə ədliyyə sahəsində mühüm rolu olan baş prokurorların görüşünün keçirildiyini xatırladan nazir ədalət akademiyalarının tədrisi və hüquq şəbəkəsi yaradıldığını da qeyd edib.
“Bu gün isə biz yeni iqtisadi reallıqlar, çağırışlar, xüsusilə investisiya mühitinin yaxşılaşdırılmasında getdikcə rolu artan və əhaliyə çoxsaylı, yeni-yeni müasir xidmətlər göstərən notariuslarımızı bir araya gətirib türk dünyası çərçivəsində platforma qəbul etdik. Bu baxımdan mövcud müsbət təcrübələri də bölüşmək nəticə etibarı ilə insanlarımızın bundan faydalnmasına imkan verəcək”, - nazir bildirib.
18:16
Türk Dünyası Notariat Birliyi yaradılıb.
“Report”un Ankara bürosunun verdiyi xəbərə görə, bununla bağlı bu gün Ankarada üzv dövlətlər arasında razılaşma sənədi imzalanıb.
Bildirilib ki, bu müqavilə Türk dövlətləri arasında əlaqələri daha da inkişaf etdirəcək və bundan sonra Türk dövlətləri arasındakı notariat işləri daha sürətli şəkildə həyata keçiriləcək.
Tədbirdə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycanın Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov da iştirak ediblər.
Türk dünyası Ağsaqqalar Şurasının sədri Binəli Yıldırım, TDT Baş katibi Kubanbiçek Ömüralıyev, TDT-yə üzv ölkələrin ədliyyə nazirləri, notarius üzrə məsul şəxsləri, millət vəkilləri və çox sayda qonaqlar tədbirə qatılıblar.
"Binəli Yıldırım" teqi üzrə xəbərlər
- Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri COP29-da iştirak edəcək
- Binəli Yıldırım: “Türkiyə Cənubi Qafqazda sülhün bərqərar edilməsinə tərəfdardır”
- Bakıda XI Qlobal Bakı Forumu işə başlayıb, İlham Əliyev iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
- Ərdoğan: “3+3” regional formatı çox vacib platformadır”
- Ərdoğan: “Beynəlxalq nizamın pozulması kimi problemlərə qarşı birgə mübarizə aparmalıyıq”