Yaxın vaxtlarda Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti toplantısının, dövlət başçılarının zirvə görüşünün keçirilməsi gözlənilir.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında XİN sözçüsü Hikmət Hacıyev deyib.
“Dövlət başçılarının Bişkekə səfərlərindən öncə yüksək çinli məmurların və nazirlərin görüşləri nəzərdə tutulur. Sammitdən öncə xarici işlər nazirlərinin görüşündə nazir Elmar Məmmədyarovu nazir müavini Ramiz Həsənov əvəzləyəcək”, - Hikmət Hacıyev əlavə edib.
Kamil Həmzəoğlu
www.oxu.az