Türkiyə Cümhuriyyətinin Milli Müdafiə Nazirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Oxu.Az xəbər verir ki, Mülki Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə səhifəsində Zəfər Günü münasibətilə bu sözlər yazılıb:
"Salam olsun sənə, qardaş Azərbaycan!
8 Noyabr - Qələbə Gününüz mübarək!
Bu gün bizim qəhrəman komandolarımız mərdlik və qardaşlıq sədaları altında Bakı küçələrində addımlayacaqlar, Azərbaycanda türk qardaşlarımızı qürurla salamlayacaqlar.
Hərbi Hava Qüvvələrimizin döyüş təyyarəsi Bakı səmasında aypara-ulduzun qüdrətini nümayiş etdirəcək, əbədi qardaşlığımızı bütün dünyaya bəyan edəcək".
Selam olsun sana, kardeş Azerbaycan!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 8, 2025
8 Kasım Zafer Günü'n kutlu olsun!
Bugün kahraman komandolarımız, Bakü sokaklarını cesaretin ve kardeşliğin sesiyle inletecek; Azerbaycan Türk'ü kardeşlerimizi gururla selamlayacak.
Hava Kuvvetlerimizin muharip uçakları da Ay Yıldız’ın… pic.twitter.com/N78OsYsfPt