TSQ (Türkiyə Silahlı Qüvvələri) və ASO (Azad Suriya Ordusu) Tel-Rıfatı tam nəzarət altına alıb.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, adıçəkilən bölgədəki terrorçuları zərərsizləşdirən Türkiyə ordusu və ASO əsgərləri saat 15:00 radələrində bölgəni nəzarət altına ala biliblər.
13:38
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin şərqində yerləşən Suriyanın Tel-Rıfat rayonunun terrorçu PKK/YPG-PYD terrorçularından təmizlənməsi məqsədilə antiterror əməliyyatına başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Haberturk.com məlumat yayıb.
Qeyd edək ki, Tel-Rıfat Afrinin 21 km-də yerləşir.
Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Tel-Rıfatla bağlı əməliyyatın anonsunu vermişdi.
Kamil HƏMZƏOĞLU
www.oxu.az