Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan YAP-ın nümayəndə heyətini qəbul edib
Türkiyə Respublikasının Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul edib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında münasibətlərin nümunəvi xarakter daşıdığını və uğurla inkişaf etdiyini söyləyib.
O, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Türkiyəyə səfərinin mühüm mənəvi və siyasi əhəmiyyətə malik olduğunu, dostluq və qardaşlıq örnəyi kimi minnətdarlıq doğurduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərdiyi qardaş dəstəyinə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tarixi köklərə və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində strateji müttəfiqlik zirvəsinə yüksəldiyini söyləyib.
Azərbaycan ilə Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayan YAP Sədrinin müavini qardaş ölkənin zəlzələnin yaratdığı ağır fəsadları tezliklə aradan qaldıracağına əminliyini ifadə edib. İki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdıran YAP Sədrinin müavini qarşıdan gələn seçkilərdə Rəcəb Tayyib Ərdoğana rəhbərlik etdiyi nümayəndə heyəti adından uğurlar arzulayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Şəhid övladı: "İlham babaya dedim ki, yerimi saxla, gələcəyəm"
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verdi
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb