Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun evini ziyarət edib.
Diplomat bu barədə özünün “Twitter” hesabından xəbər verib.
“Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük, Türkiyənin bayrağını hədiyyə etdik”, - deyə Cahit Bağçı bildirib.
Onun sözlərinə görə, Səmayə xanım onlara “Allah türk millətini qorusun”, - deyə xeyir-dua verib, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xalqa salamlarını yollayıb.
Şehit General Polat Haşimov’un annesi Semaya hanımı ziyaret ettik, elini öptük, Türk Bayrağı hediye ettik ve duasını aldık.
— Cahit Bağcı (@CahitBagci) October 5, 2021
“Allah Türk milletini korusun. Cenap Erdoğan’a ve Türk milletine selamlarımı çatdırınız” dedi. Başımız üstüne 🇹🇷🤝🇦🇿#YaşasınTürkiyeAzerbaycanKardeşliği pic.twitter.com/CPJlI5tlcX