"15 iyul gecəsi hər türk kimi başımıza gələnləri gözləmədən küçələrə axışdıq. Ölkənin birlik və bərabərliyini təmin etdik. Bu ölkənin bölünməyəcəyini sübut etdik".
Bunu Oxu.Az-a açıqlamasında 2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhdin şahidi Hasan Kocamaz deyib.
O bildirib ki, türk hər zaman olduğu kimi həmin gün də türklüyünü göstərdi:
"Mən 2007-ci ildə terrorçulara qarşı əməliyyat zamanı Şırnakda minaya düşüb iki ayağımı itirmişəm. Buna baxmayaraq, 15 iyul gecəsi evdə oturmadım, dövlət çevrilişinə cəhdə qarşı meydana atılıb mübarizə aparanlardan oldum. Vətən xainlərinə ölkəmizi parçalamağa imkan vermədik".
Mərahim Nəsib