Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın istefası tələbi ilə keçirilən aksiyalar hələ də davam edir.
Azərbaycanın Türkiyədəki səfirliyi hazırda bu ölkədə olan vətəndaşlarımızı etiraz aksiyalarında iştirakın arzuedilməz olduğu barədə xəbərdar edib.
“Azərbaycanın səfirliyi təhlükəsizliklə əlaqədar, Türkiyədəki Azərbaycan vətəndaşlarını etiraz aksiyalarında iştirak etməməyə çağırır” – AR-ın Ankaradakı səfirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər.
Səfirlik həmçinin bütün vətəndaşlarımızı hansısa neqativ vəziyyətlər yarandıqda dərhal səfirliyə müraciət etməyə səsləyir.
Xatırladaq ki, Türkiyədə etiraz dalğaları ötən cümə İstanbulun mərkəzi parkında, Taksim meydanında ətraf mühitin müdafiəsi tərəfdarları tərəfindən başlayıb.
Lakin tezliklə aksiyalar böyüyərək, baş nazir və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğanın istefa tələbi ilə müşayiət olunan hökumət əleyhinə etiraz aksiyalarına çevrildi.
Ситуация накалилась после того как турецкие СМИ опубликовали на первых полосах фотографию 22-летнего юноши, погибшего в понедельник в ходе столкновений.
Vəziyyət Türkiyə mətbuatı bazar ertəsi toqquşmalarda həlak olmuş 22 yaşlı gəncin fotoşəkilini ilk səhifələrdə dərc etdikdən sonra daha da gərginləşib.
Ölən şəxs müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) fəalı Abdullah Comərt olub. Adı çəkilən partiya Ərdoğan hökumətinə qarşı sərt mövqe tutur və faktiki olaraq, Türkiyədəki etiraz aksiyalarını dəstəkləyir.
www.1news.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin