Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyəli professor: "Azərbaycanla sülh Ermənistandakı üç milyon ac insanı rifaha çatdıracaq"
"44 günlük Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirlərindən sonra, həqiqətən də, Ermənistan Azərbaycanın tələb etdiyi şərtləri sürətlə qəbul etməyə başladı. Amma çox təəssüf ki, bu proses çərçivəsində İrəvan daha çox, qeyri-adekvat davranışları ilə gündəmə gəldi. Belə ki, gah Amerika Birləşmiş Ştatları, gah Fransa, gah da Avropa İttifaqı müxtəlif vaxtlarda Ermənistana müxtəlif vədlər verərək Azərbaycanla sülh sazişi imzalamasına mane oldular. Paralel olaraq isə Ermənistan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşmağa başladı. Bu isə Ermənistana etibar etməmək üçün ciddi səbəblər formalaşdırır".
Bunu Oxu.Az-a açıqlamasında türkiyəli politoloq, professor Hüsamettin İnanç deyib.
Onun sözlərinə görə, Ermənistan nə zaman Azərbaycanın şərtlərini qəbul etmək istəsə, ya ABŞ, ya Avropa, ya da Fransadan, xüsusən də erməni diasporu buna mane olmaq və münaqişəni davam etdirmək üçün önə çıxıb, bu da iki ölkənin barışmasına ciddi təsir göstərib:
"Çünki həmin tərəflər Ermənistana maddi və silah dəstəyi göstərsələr də, Ermənistandakı reallıqları, orada nələrin baş verdiyini və əslində, Azərbaycanla sülhün nə qədər vacib olduğunu bilmirlər. Çünki son dərəcə radikal, faşist və irqçi mövqeyə sahibdirlər. Ona görə də Ermənistan bu maneələri və qeyri-adekvat mövqeyi bir kənara qoymalıdır. Beləliklə, nəticə etibarilə Paşinyan bilməlidir ki, Ermənistanın uğurlu gələcəyini və rifahını alternativ ölkə və ittifaqlar deyil, Azərbaycanla imzalanacaq sülh müqaviləsi təmin edəcək".
"Bu istiqamətdə, xüsusən də Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddələr çıxarılmalı və yekun sülh sazişi bu il imzalanmalıdır. Məlum olduğu kimi, Türkiyənin Ermənistanla sərhədlərini açması Azərbaycanın razılığından asılıdır. Bu mənada bu müqavilə ən çox Ermənistana xeyir verəcək, oradakı üç milyon ac-yalavac insanı rifaha çatdıracaq", - deyə professor fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Aİ Rusiyanın dondurulmuş aktivlərini blokdan çıxarmağın şərtini açıqladı
- Sergey Şoyqu Ermənistana xəbərdarlıq edib
- Emənistanın davam edən saxtakarlığı: Dəyişməyən konstitusiya, pozulan atəşkəs
- ABŞ Ukrayna ilə bağlı sazişdə Aİ-nin iştirakını qaçılmaz hesab edir
- Trampın husilərə qarşı əməliyyatı - Yaxın Şərqdə ABŞ-İran savaşının mümkün sonu