Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan F-16 tipli təyyarələri ölkəmizə gəlib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təyyarələr Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə gətirilib.