Türkiyənin yeni Baş naziri Binəli Yıldırım ilk xarici səfərini Şimali Kipr Türk Respublikası və Azərbaycana edəcək.
Bu barədə Oxu.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, B.Yıldırım iyunun 1-də Şimali Kiprə yola düşəcək və burada ölkə prezidenti də daxil olmaqla bir sıra dövlət və hökümət nümayəndələri ilə görüş keçirəcək.
İyunun 3-də isə Türkiyənin Baş naziri Azərbaycana səfər edəcək.
Səfər zamanı B.Yıldırımın Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü nəzərdə tutulub.