Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Yeni il öncəsi mərasimdə özünün şəxsi mahnılarını ifa edib.
Oxu.Az xəbər verir ki, videogörüntülər "Türkmənistan Xronikası"nın "YouTube"dakı kanalına yerləşdirilib.
Berdiməhəmmədov mahnını ingilis, alman və türkmən dillərində oxuyub. O, həmçinin ifasını royalda da müşayiət edib. Mərasimdə prezidentin nəvəsi Kərimqulu da çıxış edib. Bildirilir ki, mahnının bəstəkarı odur.
Videoyazının altında qeyd edilir ki, Türkmənistan prezidenti mahnılarını daim özü yazır və başqaları onları təkrar oxuyur.
Türkmənistan prezidenti Yeni il öncəsi mahnı oxuyub - VİDEO