Dünən “Maşın Şou. Hind kinosu”nda yenə maraqlı anlar yaşanıb. Səs küylü səsvermədən sonra hamı Sərxan Kərəmoğlunu seçir.
Hərkəs onun Ramil Nabranla münaqişəsindən xəbərdar olduğu halda, heç kəsi hədəf göstərməyən Sərxan Kərəmoğlu, tamaşaçıların 61,65% səsini toplayaraq şouda qalmaq fürsəti qazanır.
Hamı Sərxanın Ramil Nabranla aralarında olan söz söhbətindən sonra, onu hədəf gördüyü halda, seçim çox gözlənilməz olur. Bu dəfə də S.Kərəmoğlu hamını təəcübləndirərək Taleh Yüzbəyovun adını çəkir.
S.Kərəmoğlu öz seçimini belə ifadə edir: “Mən istəmirəm ki, Ramil mənim ondan qisas aldığımı düşünsün”.
Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”nun informasiya dəstəyi Oxu.Az və Baku.Tv – yə məxsusdur.
Rəylər