Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Üç ölkənin XİN başçısı Cənubi Qafqazın inkişafı ilə bağlı müzakirələrdə iştirak edəcək
Antalya Diplomatik Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçiriləcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, tədbir aprelin 12-də baş tutacaq.
Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak edəcəklər.
İştirakçıların Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcəkləri, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəkləri gözlənilir.
Bundan başqa, qlobal qeyri-sabitlik şəraitində regionun davamlı və inklüziv inkişafı məsələlərinə Xüsusi diqqətin yönəldiləcəyi planlaşdırılır.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Azərbaycan və Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə ediblər
- Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
- Ceyhun Bayramov: "Diplomatiyanın əsas məqsədlərindən biri də vasitəçilikdir"
- Ceyhun Bayramov: "2020-ci ildən partlayışların hamısı mina xəritəsi təqdim edilməyən yerlərdə olub"
- Ceyhun Bayramov: "Mart ayında sülh sazişi mətni üzərində danışıqlar yekunlaşıb"