Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əsir götürülən kəşfiyyatçı "Xocavənd əməliyyatı"ndan danışdı
"1997-ci ildə qrup tapşırığını yerinə yetirib geri qayıdarkən düşmənlə açıq döyüşə girmək məcburiyyətində qaldıq. Qrupun yeddi üzvü qəhrəmancasına şəhid oldu. Mən də ağır yaralandım və huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürüldüm".
Bu sözləri "Xocavənd əməliyyatı"nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov Baku TV-yə açıqlamasında deyib.
O bildirib ki, iki ilə yaxın müddətdə əsirlikdə qalıb, ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən, əsirlərin dəyişdirilməsi nəticəsində Vətənə gətirilib.
"Qızıl Xaçın nümayəndəsi vasitəsilə bir neçə məktub göndərmişdim. Onların bəziləri ailəmə gəlib çatmayıb. Gələndən sonra öyrəndim ki, 20 gün elə biliblər, mən də şəhid olmuşam. İlk məktubu Stefan adlı alman yazmışdı. Anam baxıb deyib ki, bu, mənim oğlumun xətti deyil. Öz xəttimlə yazılan məktubdan sonra əmin olub ki, sağam", - deyə A.Əhmədov əlavə edib.

"Xocavənd əməliyyatı" teqi üzrə xəbərlər
- Tarix yazan şəhidlərimizin hekayəsi: "Tapşırığı yerinə yetirib qayıdanda mühasirəyə düşüblər"
- "Xocavənd əməliyyatı"nda sağ qalan yeganə kəşfiyyatçı: "Açıq döyüşə girmək məcburiyyətində qaldıq"
- "Xocavənd əməliyyatı" şəhidlərinin məzarları ziyarət olunub
- “Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Xankəndiyə səfər ediblər - YENİLƏNİB + FOTO
- Şəhid kəşfiyyatçının anası: “Onlar olmasaydı, Vətənimiz əldən gedərdi”