Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Xocavənd əməliyyatı"nda sağ qalan yeganə kəşfiyyatçı: "Açıq döyüşə girmək məcburiyyətində qaldıq"
"1997-ci ildə qrup tapşırığını yerinə yetirib geri qayıdarkən düşmənlə açıq döyüşə girmək məcburiyyətində qaldıq. Qrupun yeddi üzvü qəhrəmancasına şəhid oldu. Mən də ağır yaralandım və huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürüldüm".
Bu fikirləri Oxu.Az-a açıqlamasında "Xocavənd əməliyyatı"nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib.
O bildirib ki, iki ilə yaxın müddətdə əsirlikdə qalıb:
"Heydər Əliyevin tapşırığına əsasən, əsirlərin dəyişdirilməsi nəticəsində Vətənə gətirildim. Şəhid qardaşlarımın nəşləri altı ay erməni əsirliyində qaldı, daha sonra onları dəyişdirərək Şəhidlər xiyabanında dəfn etdilər".
A.Əhmədov yeddi əsgərimizin şəhid olduğunu eşidəndə əvvəlcə inanmayıb:
"Mən elə bilirdim ki onlar xilas olublar. Sonra mənə şəkillərini göstərdilər və gördüm ki, doğrudan da şəhid olublar, dişlərinin arasında qumbaranın qəlpəsi var idi. "Allahu Əkbər" sözlərini mən özüm yaralı ikən eşidirdim, amma nə olduğunu anlamırdım. Sonradan düşmən dedi ki, onlar özləri özlərini partladıblar. Şəkillərinin də hamısını bir-bir göstərdilər mənə. Şəkilləri göstərənə qədər elə bilirdim ki, gəlib məni xilas edəcəklər".
Məhərrəm Əliyev
"Xocavənd əməliyyatı" teqi üzrə xəbərlər
- Tarix yazan şəhidlərimizin hekayəsi: "Tapşırığı yerinə yetirib qayıdanda mühasirəyə düşüblər"
- Əsir götürülən kəşfiyyatçı "Xocavənd əməliyyatı"ndan danışdı
- "Xocavənd əməliyyatı" şəhidlərinin məzarları ziyarət olunub
- “Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Xankəndiyə səfər ediblər - YENİLƏNİB + FOTO
- Şəhid kəşfiyyatçının anası: “Onlar olmasaydı, Vətənimiz əldən gedərdi”