"Xocavənd əməliyyatı" teqi üzrə xəbərlər
1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib.
Xocavənd rayonu Qarabağın mərkəzi hissəsində yerləşir və Şuşa, Xocalı kimi strateji ərazilərə yaxınlığı ilə seçilir. Rayonun relyefi – dağlıq və meşəlik ərazilər – hərbi əməliyyatları çətinləşdirsə də, Azərbaycan Ordusu düşmənin uzun illər möhkəmləndirdiyi istehkamları effektiv şəkildə məhv etdi. Hadrut qəsəbəsinin azad edilməsi düşmənin Xankəndi və Şuşa ilə əlaqəsini zəiflətdi, bu da müharibənin sonrakı mərhələlərində Şuşanın azad olunmasını asanlaşdırdı.
Qruplardan birincisi itkisiz qayıdıb. Səkkiz nəfərdən ibarət digər qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd ediblər və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.
Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.
Şəhid olan hərbçilər II Fəxri xiyabanda dəfn olunub. Mərhum Prezident Heydər Əliyevin Fərmanı ilə şəhid olan hərbi qulluqçular "Azərbaycan Bayrağı" ordeni ilə (ölümündən sonra) təltif ediliblər.