Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: “Mənə ağır işgəncələr verilirdi”
“Bir il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə ağır işgəncələr verilirdi”.
Bunu ”Report”un əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib.
“1997-ci ilin aprelində təxminən bu saatlarda yeddi qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. Bir il 11 ay müddətində əsirlikdə saxlanıldım. Altı ay sonra ulu öndər Heydər Əliyevin səyi ilə şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında Heydər Əliyevin təkidi ilə əsirlikdən azad olundum”, - deyə o bildirib.
Aqil Əhmədov əlavə edib ki, artıq bir neçə dəfədir buranı ziyarət edir:
“Hər ziyarətimdə məndə eyni hisslər olur”.
"Xocavənd əməliyyatı" teqi üzrə xəbərlər
- Tarix yazan şəhidlərimizin hekayəsi: "Tapşırığı yerinə yetirib qayıdanda mühasirəyə düşüblər"
- Əsir götürülən kəşfiyyatçı "Xocavənd əməliyyatı"ndan danışdı
- "Xocavənd əməliyyatı"nda sağ qalan yeganə kəşfiyyatçı: "Açıq döyüşə girmək məcburiyyətində qaldıq"
- "Xocavənd əməliyyatı" şəhidlərinin məzarları ziyarət olunub
- “Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Xankəndiyə səfər ediblər - YENİLƏNİB + FOTO