Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ukraynalı səyyah Qarabağda aparılan bərpa işlərinin sürətinə heyran qalıb
Ukraynalı səyyah Vlad Kibol Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərinin sürətinə heyran qalıb.
O, bu barədə "Report"un Şuşaya ezam olunmuş əməkdaşına bildirib.
"Mən artıq bir neçə dəfə Azərbaycanda olmuşam və ölkənizin ərazi bütövlüyünü bərpa etməsinə çox sevinmişəm".
Səyyah qeyd edib ki, Şuşa şəhərinə səfər etməzdən əvvəl o, Füzulidə olub və tikinti işlərinin sürətinə heyran qalıb.
"Ümid edirəm ki, Füzulidə tikilmiş hava limanına təkcə Azərbaycandan deyil, Türkiyə, Avropa ölkələri və digər ölkələrdən də turistlər gələcək", - deyə V.Kibol bildirib.
Şuşa haqqında danışan səyyah şəhərin təbiətinin gözəlliyinə və memarlığına heyran qaldığını söyləyib.
"Burada çox gözəl dağlar, məscidlər, zəngin tarix var", - deyə o vurğulayıb.
Xatırladaq ki, 35 beynəlxalq səyyahdan ibarət heyət bu gün Şuşaya səfər edib.
Səfər dünyamiqyaslı MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.
Son 4 il ərzində 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi qrupun səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Bu səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və digər ölkələrdən səyyahlar iştirak edirlər.
"Most traveled People (MTP)" teqi üzrə xəbərlər
- Lakşmi Partasarati: "Beynəlxalq ictimaiyyət mina problemini həll etmək üçün birləşməlidir"
- Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir"
- Beynəlxalq səyyahlar Füzuli rayonuna səfər ediblər
- Rusiyalı səyyah: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var"
- Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır