“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bugünkü görüşü tərəflər arasında etimadın qurulmasına yardım edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə Çərçivə sazişinin üzərində iş üçün şərait yaradacaq”.
Oxu.Az-ın verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.
Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak edəcəklər.