ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa) ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsi üzrə çıxış ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.
Çıxışların Dağlıq Qarabağ münaqişəsinə və onun sülh yolu ilə tənzimlənməsinə dair olduğu qeyd edilir.