Tərəflərin heç biri Dağlıq Qarabağda genişmiqyaslı münaqişənin yaranmasında maraqlı deyil.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik öz Tvitter bloqunda yazıb.
“Tərəflərin heç biri Dağlıq Qarabağda genişmiqyaslı münaqişənin yaranmasında maraqlı deyil. Tərəflər münaqişənin daha da gərginləşməsindən qaçmalı və hərbi əməliyyatlardan imtina etməlidirlər”, - Uorlik yazıb.
Aliyə İsmayılzadə
www.oxu.az