Ağır cinayətlərə dair Bakı məhkəməsində Şəmkir rayon sakini 1979-cu il təvəllüdlü Saday İsmayılova və 1981-ci il təvəllüdlü Cəlilabad rayon sakini Vaqif İbadova qarşı açılan cinayət işinin baxılması başa çatdırılıb.
Adıçəkilən şəxslər Azərbaycan CM-in 145.2.4 (bir qrup şəxsin qanunsuz azadlıqdan məhrum edilməsi), 145.2.5 (zərərçəkənin həyatına və sağlamlığına təhlükə yaradaraq, zor tətbiq etməklə azadlıqdan məhrum etmə), 145.2.6 (silahla və ya silah şəklində istifadə edilən əşyaların tətbiqi ilə azadlıqdan məhrum etmə), 181.3.2 (böyük məbləğdə gəlir əldə etmək məqsədi ilə qarət) və 234.4.3 (külli miqdarda narkotik və psixotrop maddələrin satmaq məqsədi ilə əldə edilib saxlanılması) maddələri ilə ittiham edilirdilər.
Cinayət işinin materiallarına müvafiq olaraq Saday İsmayılov və Vaqif İbadov əlbir olaraq 2013-cü ilin avqust ayının 9-da “Amburan” istirahət mərkəzinin yanında “Mobil texnologiyalar” ASC-nin baş meneceri Əli Məmmədovla görüşüblər.
“Mercedes Benz - CL 550 AMG” markalı avtomobilə əyləşərək tapança şəkilli alışqan və bıçaqla onu hədələyərək əllərini skotç ilə bağlayıb və 500 000 manat tələb ediblər, Oxu.Az Day.Az-a istinadən xəbər verir.
Məmmədov onlara pul ödəməkdən imtina etdiyi zaman onlar fiziki güc tətbiq edib onu arxa oturacaqda əlibağlı maşında qoyublar. Nəticədə zərərçəkən onlara 120 000 manat verməyə razılaşıb və tanışı İmran Baxşiyevə zəng edib, qarətçilərə Xətai rayonunda yerləşən Zığ şossesinə gələrək pul verməyi xahiş edib.
Təxminən saat üçdə Baxşiyev deyilən yerə pulu gətirib, amma buna baxmayaraq cinayətkarlar Əli Məmmədovu buraxmayıblar. Zərərçəkənin maşınını idarə edən Saday İsmayılov Əli Məmmədovu Buzovnada, C.Cabbarlı küçəsində yerləşən evinə gətirib və ondan sabaha 150 000 manat hazır etməyi tələb edib.
Adıçəkilən şəxslərin qanunsuz hərəkətlərinə dair zərərçəkən və onun dostu Nazim Fərzəliyev səhərisi gün DİN-in Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə müraciət ediblər.
Təxminən 15.00 radələrində Badamdar qəsəbəsində yerləşən “Kempinski” otelinin yaxınlığında İmran Baxşıyev Saday İsmayılovun yolladığı fəhlə Təbriz Əsgərov və Elmir Əmrahovla görüşüb, bu şəxslər onun evində işləyirdilər və 150 000 pul verilən zaman əməliyyatçılar tərəfindən saxlanılıblar.
Dindirilmə zamanı fəhlələr Saday İsmayılov tərəfindən göndərildiklərini etiraf ediblər. İki gün sonra avqust ayının 11-də təxminən 01.30-da Saday İsmayılov və Vaqif İbadov, eləcə də paytaxt sakinləri Anar Məmmədov və Ataş Osmanov Cəlilabad Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Axtarış zamanı İbadovdan 53,625 qr opium, 378 manat pul, İsmayılovdan 4200 manat pul, maşının yük yerindən isə daha 10 000 manat pul tapılaraq müsadirə edilib.
Məhkəmənin məlumatına müvafiq olaraq Saday İsmayılov güləş üzrə üç dəfə dünya çempionu olub, bir neçə ay Azərbaycan Güləş Federasiyasının şöbə rəisi işləyib. Vaqif İbadov 2010-cu ildə Azərbaycan Ağır Cinayətlər üzrə Məhkəməsi tərəfindən 181.3.3 (zərərçəkənin sağlamlığına ağır xəta yetirməklə qarət) maddəsi ilə 10 il həbs cəzası ilə ittiham edilib.
Məhkəmə prosesi zamanı İsmayılov bildirib ki, 2008-ci ildə müştərək əməkdaşlıq üçün Əli Məmmədova 300 000 dollar pul verib. Amma bir neçə il sonra onların arasında anlaşılmazlıq baş verib. S.İsmayılov tanışı İbadova, Məmmədovun ona böyük məbləğdə pul borclu olduğunu deyib. Və onlar pulu hədə-qorxu gələrək geri almaq fikrinə düşüblər.
Əli Məmmədov isə öz növbəsində bildirib ki, Saday avqust ayının 3-də ondan borc pul istəyib, Məmmədov isə ona pulu olmadığını bildirib. Altı gün keçdikdən sonra Saday ondan “Amburan”ın yanında görüşməyi təklif edib. Söhbət zamanı Saday və onun dostu Vaqif maşına əyləşiblər. İsmayılov, Məmmədov və dostu Nazim Fərzəliyev ona 500 000 manat vermədiyi təqdirdə onu öldürəcəyi ilə hədələyib.
Şahid qismində DİN MCM İdarəsinin əməkdaşları dindirilib, onlar avqust ayının 9-da əməliyyat zamanı Saday İsmayılovun fəhlələrinin, sonra isə digərlərinin saxlanıldığını bildiriblər.
İsmayılov ittiham üzrə özünü günahkar bilməyib. İbadov özünü qismən günahkar bilib.
Məhkəmə kollegiyası V.İbadovu 13 il 6 ay, S.İsmayılovu isə 12 il 6 ay azadlıqdan məhrum edib.
12:00 (12.11.2014)
Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamına hədə-qorxu gələrək külli miqdarda pul tələb edən Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini Vaqif İbadovun məhkəməsi başa çatıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Saday İsmayılov 12 il 6 ay, Vaqif İbadov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 9-da Saday İsmayılov tanışı Vaqif İbadovla birlikdə biznesmen Əli Məmmədovu hədələyərək 500 min manat tələb edib. Əli Məmmədov pul verməkdən imtina edib. Bu zaman o, Əli Məmmədovu maşında saxlayaraq tələbini davam etdirib. Bundan sonra Əli Məmmədov ona 120 min manat verməyə razılaşıb.
Əli Məmmədov tanışı İmran adlı şəxsə zəng edərək 120 min manat gətizdirib. Həmin məbləği alan Saday İsmayılov qurbanını azad buraxıb. O, növbəti dəfə Əli Məmmədovu hədələyərək 150 min manat tələb edib.
Nəhayət, Əli Məmmədov hədə-qorxu yolu ilə pul tələb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Zərərçəkmişin şikayəti əsasında idarə əməkdaşları əməliyyat keçirib, Saday İsmayılov və Vaqif İbadov həbs ediliblər.
Peşəkar idmançı olan Saday İsmayılov güləş üzrə üçqat dünya çempionu adına layiq görülüb. Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub. 2009-cu ildə Federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib. Onun Federasiya ilə əməkdaşlığı cəmi bir neçə ay çəkib. Vaqif İbadov isə əvvəllər daha bir neçə ağır cinayəti törətdiyi üçün məhkumluq həyatı yaşayıb.
E.Ə.
www.oxu.az