Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ÜST rəhbəri Bakıdan dünya ölkələrinə səsləndi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan dünya ölkələrinə müraciət edib.
“Report”un xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması strukturu: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasa videomüraciət ünvanlayıb.
“Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq. Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır”, - deyə o vurğulayıb.