"Bərpa prosesi bizə daha dərin bir həqiqəti öyrətdi. Bərpa yalnız dağıntının yenidən qurulması demək deyil, bu proses həm də insanların öz evləri hesab etdikləri məkanlarla aralarındakı bağların yenidən bərpasıdır".
Oxu.Az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Davamlı və ilhamverici mədəni dirçəliş - təhlükəsizlik modeli" adlı tədbirdə deyib.
O bildirib ki, bu proses insanların öz evləri hesab etdikləri məkanlarla aralarındakı kimliyin, mənəvi bağların yenidən bərpasıdır:
"Böyük Qayıdış Proqramı"nın uğuru da bu prinsipə, işğaldan əvvəl mövcud olan mədəni və ictimai həyatın yenidən dirçəldilməsinə əsaslanır. Azərbaycanın təcrübəsi göstərir ki, postmünaqişə bərpası yalnız infrastrukturun yenilənməsi deyil, həm də insanların kimliyinin və doğma məkanlarla bağlarının bərpasıdır".