"Ukrayna şəhərlərinin bərpası artıq konsepsiya mərhələsindən icra mərhələsinə keçir".
Oxu.Az xəbər verir ki, bu fikirləri BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) nəzdində fəaliyyət göstərən "UN4UkrainianCities" layihəsinin rəhbəri Tamara Fortes Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Evlərin və gələcəyin bərpası: Xarkovda şəhər dirçəlişi" adlı tədbirdə deyib.
O bildirib ki, Xarkov və Nikolayev şəhərlərində müasir, inklüziv və enerji səmərəli yaşayış məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir:
"Məqsəd yalnız yeni binaların tikintisi deyil, həm də sosial infrastruktur, ictimai məkanlar və əlçatan şəhər mühitinin formalaşdırılmasıdır".