Dünyanın bir çox ölkəsində geniş yayılan bu trend artıq Azərbaycanda da tətbiq olunur. Mobil operatorlar istifadəçiləri daha aktiv həyat tərzinə təşviq etmək üçün gündəlik addımları rəqəmsal hədiyyələrə çevirən kampaniyalar həyata keçirirlər. Azərbaycanda bu qlobal trendə ilk qoşulan operator isə "Azercell" olub.
"Azercell" ölkədə ilk dəfə olaraq istifadəçilərin gündəlik addımlarını mobil internetə çevirən "GiqaAddım" kampaniyasına start verib. Kampaniyanın ideyası olduqca sadədir: addım at və internet qazan.
Kampaniya çərçivəsində gün ərzində 10 min addım atan istifadəçilər 1 GB mobil internet əldə edir. Üstəlik, bu hədəfə 7 gün ardıcıl çatan abunəçilərə əlavə 5 GB internet bonusu təqdim olunur. Kampaniya fakturasız xətt üzrə "DigiMax" və "Premium+", fakturalı xətt üzrə isə "SuperSən" və "Premium" tarif istifadəçiləri üçün keçərlidir.
"GiqaAddım"ın ən rahat tərəflərindən biri isə bütün prosesin tam rəqəmsal formada işləməsidir. Kampaniyaya qoşulmaq üçün sadəcə "Azercell" mobil tətbiqinə daxil olmaq kifayətdir. Addımlar avtomatik hesablanır, nəticələr isə mobil tətbiqdə görünür. Yəni əlavə cihaz və ya mürəkkəb proseslərə ehtiyac yoxdur.
Bir sözlə, indi gündəlik gəzinti təkcə sağlamlıq üçün deyil, internet qazanmaq üçün də faydalıdır.
