Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
XİN: Avropa İttifaqı ilə sazişin mayın 13-də imzalanması nəzərdə tutulmur
Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanacağı məsələsi barədə yayılan məlumata aydınlıq gətirilib.
XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Oxu.Az-a bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu ilin 13 may tarixində imzalanması nəzərdə tutulmayıb:
“Çünki ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələlik davam etdirilir”.
Qeyd edək ki, parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Sədri Oqtay Əsədov çıxışı zamanı bildirib ki, Azərbaycanla Aİ arasında saziş mayın 13-də imzalanacaq və bu, xalqın xeyrinə olacaq.
İlhamə Əbülfət