Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Araz Əzimovun İsrailə və Fələstin Dövlətinə səfəri ilə bağlı yayılan bəzi məlumatlara aydınlıq gətirib.
Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, Xarici İşlər Nazirinin müavini Araz Əzimovun İsrailə və Fələstin Dövlətinə səfəri, keçirdiyi görüşləri və apardığı danışıqları barədə XİN-nin Mətbuat xidmətinin açıqlamasında məlumat verilib.
Hikmət Hacıyevin sözlərinə görə, mətbuat açıqlaması müvafiq olaraq XİN-nin rəsmi internet saytı və sosial şəbəkə profillərindən əldə edilə bilər:
“Bundan kənar hər hansı şərhlər və ya iddia edilən iqtibaslar yalnız bəzi KİV-in təhrifləridir”, - o, deyib.
Qeyd edək ki, bəzi KİV-lərdə Araz Əzimovun guya İsrail parlamentində keçirilən görüşdə İranın nüvə ambisiyasından imtina etmədiyini deyib.