Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
XİN-dən azərbaycanlı “müxalifətçi”lərin Almaniyada həbs olunmasına münasibət
Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması haqda məlumatımız var.
Bunu Trend-ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.
L.Abdullayeva qeyd edib:
“Təəssüf edirik ki, özlərini “siyasi mühacir” kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar.
Azərbaycan və Almaniya hüquq mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ də müvafiq şəkildə nəzərdən keçirilə bilər”.
Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.
Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var
- Almaniyada Yeni il gecəsi fişəng partlayışları faciə ilə bitib: Ölənlər və yaralananlar var
- Berlində ruhi xəstə yoldan keçənlərə bıçaqla hücum etdi - Yaralılar var