Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
XİN: “Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!” - FOTO
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistandan Azərbaycanın suveren ərazisindəki bütün təxribatları dayandırmağı tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində etdiyi paylaşımda deyilir.
Paylaşımda bildirilir: “Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusuna məxsus hərbi yük maşını qəsdən döşənmiş minaya düşüb, mina partlayıb, 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”.
As a result of military provocation of #Armenia in Shusha district, a military truck of 🇦🇿 Army was deliberately targeted with landmine & exploded landmine injured 3 servicemen. Armenia must immediately cease all the military provocations on the sovereign territory of Azerbaijan!
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 22, 2023