Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xocalı sakini: "Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq"
Xocalıdan məcburi köçkün düşən sakin uzun müddət doğma yurdun həsrətini çəkdiklərini deyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un Xocalıya ezam edilmiş əməkdaşına açıqlamasında doğma yurduna dönən şəhər sakini Nofəl Rzayev danışıb.
O, uzun müddətdən sonra yenidən Xocalıya qayıtmalarının sevincini yaşadıqlarını vurğulayıb:
"Məcburi köçkün düşdükdən sonra Oğuz rayonunda məskunlaşaraq həyatımıza orada davam etdik. Bu gün mənim və ailə üzvlərimin sevincinin həddi-hüdudu yoxdur.
Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad edib. Biz də məhz bunun sayəsində rahat şəkildə doğma yurda qayıtmışıq. Mən bir azərbaycanlı olaraq, çox qürurluyam".
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Növbəti köç karvanı Ballıcaya çatıb, ailələrə mənzillərin açarları təqdim olunub
- Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb
- Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi yekunlaşır
- Cəbrayıl şəhərinə köç edən ailələrə mənzillərinin açarları təqdim edilib
- Cəbrayıl sakini: "Yoldaşımla çıxdığım doğma torpağıma indi nəvələrimlə qayıdıram"