Şuşa şəhərində 1990-cı ilin 20 Yanvar şəhidləri yad ediliblər.
Oxu.Az bildirir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi paylaşım edib.
Qeyd olunub ki, anım mərasimində Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, eyni zamanda, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şuşa şəhər sakinləri qürur və ehtiramla şəhidlərin əziz xatirəsini yad ediblər.
Şuşada şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edilib.
20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda da yad edilib.
Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri və Xocalı rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqə ərzində dayandırılıb.
Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.
Daha ətraflı Baku TV-nin videomaterialında: