"25 yaşımda valideynlərim və bacı-qardaşımla birlikdə Xocavənd rayonunun Muğanlı kəndindən məcburi köçkün düşmüşük".
Bunu Oxu.Az-a açıqlamasında keçmiş məcburi köçkün Nofəl Quliyev deyib.
"Bu gün ailəmizlə birlikdə geri qayıdırıq. Allah Prezidentimizə cansağlığı versin, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Çalışacağam ki, itirilmiş illərimizi doğma torpağımızda bərpa edim. Bundan sonrakı fəaliyyətimizi də dədə-baba yurdumuzda davam etdirəcəyik", - keçmiş məcburi köçkün deyib.
Qaynar xətt:
(055) 224 12 12