Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yalçın Rəfiyev İranda İƏT iclasında iştirak edib
Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İqtisadi Əməkdaşlıq Təşkilatının islahatlar üzrə yüksəksəviyyəli komitəsinin ilk iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasında səfərdə olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Tədbirin keçirilməsində əsas məqsəd, İƏT-in institusional effektivliyini artırmaq, təşkilatda islahatlar və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparmaq olub.
Sözügedən Komitənin fəaliyyəti cari ildə ölkəmizdə keçiriləcək İƏT-in 17-ci Zirvə Toplantısı çərçivəsində digər mövzularla yanaşı baxılacaq İƏT-in növbəti 10 il üzrə strateji sənədinin müzakirəsində təməl rolunu oynayacaq.
Tədbirdə çıxışı zamanı, Yalçın Rəfiyev İƏT-də islahatlar və regionda gələcək əməkdaşlıq perspektivləri ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdıraraq, "İƏT Baxışı 2035" sənədinin regionda çağırışların səmərəli həllinə və əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Səfər çərçivəsində Yalçın Rəfiyev İƏT-in Baş katibi Əsəd M.Xan, İƏT-ə ev sahibliyi edən ölkə qismində İranın Xarici işlər nazirinin müavini Seyed Rəsul Mohacer, eləcə də üzv ölkələrdən olan tərəf müqabilləri ilə görüşərək, çoxtərəfli əməkdaşlıqla bağlı məsləhətləşmələr aparıb.
"İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)" teqi üzrə xəbərlər
- Ermənistan Türkiyə və Azərbaycanın nəzarətinə keçir?
- Prezident İlham Əliyev Pakistanın Baş nazirinə məktub ünvanlayıb
- Azərbaycan Prezidenti misirli həmkarını təbrik edib
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu göndərib
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad