Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edildi
Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi qərara alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsində qərar çıxarılıb.
İclasda Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi məsələsi müzakirə olunub. Nəticədə, 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb.
Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi oyunçu ola bilər. Meydanda eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.
Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- UEFA Azərbaycan klublarının maliyyə hesabatı haqqında hesabat hazırlayıb
- Azərbaycan millisinin Haiti seçməsi ilə görüşünün saatı bəlli oldu
- Region Liqasında püşkatma mərasimi keçirilib
- Azərbaycan millisi ada ölkəsinin yığması ilə qarşılaşacaq
- Millimizin Belarus seçməsi ilə keçirəcəyi görüşün vaxtı və yeri bəlli olub